İslam düşmənçiliyində hansı ÖLKƏ ÖNDƏDİR?

Baxış sayı:
7060

Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Vəqfi (SETA), Avropada İslam düşmənçiliyi ilə bağlə 2017-ci ildə yaşanan hadisələri əsas götürərək hesabat yayımlayıb. Hesabata görə, Almaniya ilk sırada yer tutur.
 
SETA, "Avropada İslamofobiya Hesabatı 2017" adıyla yayınladığı hesabatda, irqçilik və İslamofobiya işləri kimi fərqli sahələrdəki 40 alim və qeyri-hökumət nümayəndəsinin dəstəyi ilə demək olar ki, bütün Avropa Birliyi ölkələri ilə Rusiya və Norveç kimi 33 ayrı ölkədə keçən il yaşanan İslamofobik hadisələr araşdırılıb.
 
ALMANİYA İLK SIRADA
 
Hesabatda Almaniyada müsəlmanları hədəf alan hadisə sayının 908, Polşada 664, Hollandiyada 364, Avstriyada 256, Fransada 121, Danimarkada 56 və Belçikada 36 olduğu ifadə edilərkən, "narahat olmaq üçün kifayət edəcək bu rəqəmlər mövcud vəziyyətlə müqayisədə bir heç hökmündədir" deyə, qeyd olunub.
 
MÜSƏLMANLARA YÖNƏLİK İRQÇİLİK DƏYƏRLƏNDİRİLİR
 
Üç ildir yayımlanan "Avropada İslamofobiya” Hesabatı Avropa ölkələrində İslamofobiyanı araşdıraraq müsəlmanlara qarşı irqçi meyllərin dəyərləndirməsini təqdim edir.
Müxalifət.az