“İslam dinində mitinq yoxdur” - Futbolçumuzun paylaşımı qalmaqal yaratdı - FOTO

Baxış sayı:
649

Azərbaycanlı məşhur futbolçu – milli komandamızın və “Qarabağ”ın sabiq üzvü Əfran İsmayılovun mitinqlə bağlı paylaşımı qalmaqala səbəb olub.

Muxalifet.az “Yeni Sabah”a istinadən xəbər verir ki, “Keşlə”nin yarımmüdafiəçi şəxsi “İnstagram” hesabından foto yayaraq mitinqi pisləyib. 

Belə ki, Əfran üzərində “mitinqlərə yox. İslam dinində mitinq yoxdur” yazılan şəkil paylaşıb. Bu paylaşım çox sayda insanda qıcıq yaradıb. Sosial şəbəkə istifadəçiləri buna görə, 31 yaşlı futbolçunu ələ salıb. Onlar “Get topunu oyna”, “Top da oynaya bilmirsən ki, deyək, get topunu oyna” kimi rəylər yazıblar. 

Qeyd edək ki, 19 oktyabr Bakıda Milli Şuranın rəhbərliyi ilə icazəsiz etiraz aksiyası keçirilib.