​İşıqforda zəncirvari qəza: Sürücü qaçdı - VİDEO

Paytaxtın Yasamal rayonunda, Şərifzadə küçəsində zəncirvari yol qəzası olub.
ARB TV xəbər verir ki, 20 yanvar metrostansiyası istiqamətində yüksək sürətlə hərəkətdə olan “Daewo” markalı avtomobil işıqforun qırmızı işığında “Mercedes” markalı avtomobilə, “Mercedes” də “Kia” markalı maşına çırpılıb.
Qəzadan onra “Daewo”nun sürücüsü hadisə yerindən qaçıb. Avtomobillər yararsız hala düşsə də xəsarət alan olmayıb.
Hadisə yerində Yasamal rayon Yol Polis Şöbəsinin əməkdaşları olublar.
Faktla əlaqədar ekspertiza təyin edilib. Araşdırmalar aparılır.