İŞİD-in yerinə bu qruplaşma keçəcək - Rusiya

Fəth əl-Şam qruplaşması İŞİD-in yerinə keçə bilər.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Vladimir Andreyev deyib.
“Təəssüflər olsun ki, bəzi ölkələr daha dəqiq desək Qərb dövlətləri öz maraqlarını təmin etmək üçün Yaxın Şərqdə fərqli macəraların arxasınca gedir. Terror qruplaşmaları nə olursa-olsun Əl-Qaidə qollarının qorunması üçün çalışır. Yəni, İŞİD markası yox olduğu zaman, Fəth əl-Şam kim qruplaşmalar onu əvəz etməyə başlayacaq”, - deyə XİN rəsmisi bildirib.