İŞİD yenidən MEYDANA BURAXILDI - SƏBƏB

Baxış sayı:
4117

İŞİD-ı pərdə arxasında dəstəkləyən qlobal işğalçıların Suriyada PKK-ya “sahə açma” layihəsində ikinci mərhələ başlayıb. ABŞ, bir neçə ay əvvəl Suriyada bitdiyini qeyd etdiyi İŞİD-in yenidən hərəkətə gəldiyini açıqlayıb. ABŞ İŞİD-ə qarşı qondarma əməliyyatlarla PKK-nı Suriyanın  içərilərinə doğru daşımaq istəyir. Fransa isə başda Deyrizor olmaqla, qaynar bölgələrə hərbçilərini sövq edir.
 
Terror təşkilatının “Cizrə Fırtınası” adlandırdığı planı “Yeni Şəfəq” qəzetinə dəyərləndirən Deyrizor Hərbi Məclisinin keçmiş sədri, polkovnik İsmayıl Molla Ömər, bu prosesdə “Ərəb Ordusu” layihəsinin də fəaliyyətə başlayacağını deyib.
 
QALDIĞI YERDƏN DAVAM
 
ABŞ-ın 2017-ci ilin avqust-sentyabr aylarında bitdiyini açıqladığı İŞİD-ın başda İraq-Suriya sərhəd bölgələri olmaqla, Deyrizorun qərbində yenidən hərəkətə gəldiyinə işarə edən polkovnik Ömər, "İndiki layihə, terror təşkilatını daha iç bölgələrə daşımaqdır. Oyun qaldığı yerdən davam edir" deyib. Suriyanın ən böyük neft ehtiyatına sahib vilayəti olan Deyrizorda başladığı elan edilən yeni əməliyyatlar, PKK-nı Münbiçdən sonra cənubda də Fəratın qərbinə daşıma işinin ilk həmləsi olaraq şərh olunur. ABŞ-PKK ittifaqı ötən günlərdə Əsəd rejiminin nəzarətindəki 4 kəndi ələ keçirmişdi. ABŞ-ın region tayfaları üzərində artırdığı tədbirə paralel olaraq yeni başladığı elan edilən əməliyyat dövründə cənub xəttində yeni yaşayış məntəqələrinin işğal ediləcəyi bildirilir. ABŞ-ın PKK-ya dəstəyini qəbul etməyən tayfa liderlərinə Deyrizor, Raqqa və Xüms xəttində müstəqil bölgə vəd edilir.
 
YENİ HƏDƏF CƏNUB DƏHLİZİ
 
Şərqdə İraq və Türkiyə sərhədlərindən başlayan cənub xətti, ABŞ-ın PKK üçün həyata keçirmək istədiyi yeni əməliyyatlar “dəhliz” olma xüsusiyyəti daşıyır. Polkovnik Ömər bu vəziyyəti belə şərh edib: "ABŞ və müttəfiqlərinin gerçək məqsədi PKK-nın İordaniya sərhədinə uzanan sahəyə hakim olması və regionda İran təsirinin qırılmasıdır. ABŞ Suriyada yeraltı sərvətlərinin 55 faizinə əl qoydu, bu rəqəmi artırmağa çalışır. İŞİD-ə Suriya torpaqlarının 30 faizini təslim edən güc, bu gün yenidən hərəkətə keçərək yeni işğal bölgələri və bölgü xəritəsi üçün düyməyə basdı. Suriyada neft qədər su da əhəmiyyətlidir. Fərat çayı həyatı əhəmiyyət daşıyır. Həmçinin Deyrizorun cənubundan Hasekənin şimalına uzanan geniş bir sahə Suriyanın taxıl anbarı rolunu oynayır. İsrail və ABŞ, şərqdə Deyrizordan başlayıb, Livana qədər uzanan xətt boyunca yeni dəhliz xəyalı qurur. PKK yenə quru gücü olaraq istifadə ediləcək".
Müxalifət.az