​İŞİD yenidən Kərkükə daxil olur

Baxış sayı: 72

İŞİD terrorçuları Ərbillə Bağdad arasında yaşanan gərginlikdən istifadə edərək peşmərgənin çıxdığı kəndlərə daxil olub.

Muxalifet.az xəbər verir ki, bu barədə “sputnik” məlumat yayıb.
Terrorçuların Hubeycə, əl-Dabas və Kərkükün bəzi qərb bölgələrində mövqelərini möhkəmləndirdiyi bildirilib.
Qeyd edək ki, Kərkükdə İraq ordusu ilə kürd administrasiyasının tabeliyindəki peşmərgə qüvvələri arasında gərgin döyüşlər davam edir.
Mərkəzi ordu Kərkükdə strateji əhəmiyyətli məntəqələri ələ keçirib.