İŞİD xortladı! PKK ilə döyüşə başladılar

Baxış sayı:
6346

ABŞ-ın PKK-ya dəstək verməsi və Suriyada fəaliyyətini davam etdirməsi üçün İŞİD terroru yenidən xortladılır. İŞİD, tam bitdi deyərkən, yenidən meydançaya sürülür. Bu kontekstdə İŞİD ilə PKK-nın yenidən döyüşlərə başladığı bildirilir.
 
Suriyanın şərqindəki Deyrizor rayonunda terror təşkilatları YPG/PKK və İŞİD arasındakı münaqişələr qısa müddətdə yenidən alovlanıb.
Qeyd edək ki, ABŞ-ın dəstəyini almaq üçün SDG adını istifadə edən YPG/PKK, sosial media hesablarından 31 oktyabrda verdiyi açıqlamada, İŞİD-ə qarşı əməliyyatlarını Türkiyənin Tel Abyaddakı mövqelərini artilleriya atəşinə tutduqdan sonra dayandırdığını bildirmişdi.
 
Şənbə günü yenidən başladı
 
Deyrizordaki yerli mənbələrdən əldə edilən məlumata görə, iki terror təşkilatı arasında münaqişələr, şənbə günü Suriyanın İraq sərhədindəki Deyrizor mahalının Heccin rayonu və ətrafında yenidən başlayıb.
İŞİD-ı bəhanə edən koalisiya qüvvələri, İŞİD-ın nəzarətindəki bölgələrə hava və quru hücumlarını artırıb.
YPG/PKK-nın işğal etdiyi ərazilərdə bir çox nöqtədə terror partlayışları və sui-qəsdlər təşkil edən İŞİD, işğal etdiyi Heccin rayon mərkəzi, Şiife və Bəzəyə qəsəbə mərkəzləri ilə Bu-Hesan və Bu-Hatir kəndlərinin ətrafına əl istehsalı partlayıcılar yerləşdirib.
 
 ABŞ və Fransa dəstəyi işə yaramadı
 
ABŞ ilə Fransanın dəstəyinə baxmayaraq YPG/PKK, münaqişələrdə İŞİD-ın Deyrizorda əlində tutduğu bölgələrdə irəliləyiş əldə edə bilməyib.
Terror təşkilatı YPG/PKK, ABŞ-ın dəstəyi ilə Fərat çayının şərqində Deyrizorun şərq və qərb hissəsindəki rayonları işğal edir.
ABŞ-ın havadan, Fransanın qurudan artilleriya atəşi ilə dəstək verdiyi YPG/PKK, 11 sentyabrdan bu yana İŞİD-ı Deyrizordan tamamilə çıxarmağı hədəfləyir.
Qeyd edək ki, terror təşkilatı YPG/PKK, 6 min üzvünün qatıldığı toqquşmalar nəticəsində 27 sentyabrda Bəzəyə qəsəbə mərkəzini ələ keçirmiş, ancaq qısa müddət sonra çəkilmək məcburiyyətində qalmışdı.
Münaqişələr çərçivəsində daha əvvəl tamamilə YPG/PKK-nın əlinə keçən Bagoz qəsəbə mərkəzində isə iki təşkilatın işğalı davam edir.
Hazırda İŞİD, Heccin rayon mərkəzi, Şiife və Bəzəyə qəsəbə mərkəzləri ilə Bu-Hesan və Bu-Hatir kəndlərini əlində saxlayır.
Deyrizorun qərb hissəsində isə Bəşşar Əsəd rejimi qüvvələri mövcuddur.
Suriya torpaqlarının təxminən 28 faizi YPG/PKK işğalı altındadır.
İŞİD isə Suriyada üç bölgədə varlığını davam etdirir. Suriya torpaqlarının 3,3 faizi hələ də İŞİD işğalı altındadır.
Müxalifət.az