İŞİD Türkiyəyə görə geri çəkilən qruplaşmaya hücum etdi

Türkiyə ordusu İdlibə girərkən Əsəd rejimi Təhrir əş-Şam (HTŞ) üçün dəhliz yaradıb.
 
İŞİD isə bu dəhlizdən istifadə edərək HTŞ-yə Şərqi İdlibdə hücum edib.
HTŞ üçün açılan 30 kilometrlik dəhlizə hücum edən İŞİD bir neçə saat ərzində Həmada təxminən 250 kvadrat kilometri ələ keçirib.
Qeyd edək ki, İdlibi tərk etməsi üçün HTŞ və Türkiyə Silahlı Qüvvələri arasında razılıq əldə edildiyi iddia edilib.