İŞİD terrorçusundan ŞOK ETİRAFLAR:TÜRK DÜŞMƏNLİYİNİ ÖYRƏTDİLƏR

Baxış sayı:
8590

Afrində tutulan İŞİD-çı çeçen terrorçu “Axşam” qəzetinə layihə təşkilatının gerçəklərini anladıb: “Mən İŞİD-ə dinimi yaşamaq üçün qoşuldum, amma onların İslamla heç bir əlaqəsi yoxdur! İŞİD, Qərb qüvvələri tərəfindən müsəlman ölkə olan Türkiyəyə qarşı qurulan bir təşkilatdır. Edam və bomba təlimlərində bizə həmişə Türkiyə düşmənliyini öyrətdilər”.
 
Afrində ələ keçirilən 27 yaşlı Said Saidov İŞİD haqda “Axşam” qəzetinə təşkilatın əsl üzü barədə məlumat verib.
“Fərat Qalxanı” və “Zeytun Budağı” Hərəkatından sonra PKK / PYD / YPG və İŞİD terror təşkilatlarının işğalında olan ərazilər əsil sahiblərinə təslim edildi. Əməliyyatlardan sonra həyatın normala döndüyü Azezdəki YPG və İŞİD-lıların olduğu həbsxanaya girib, döyüşçülərlə görüşən “Axşam” qəzetinin müxbiri, bu təşkilatların Türkiyəyə qarşı necə bir layihə olduğunu sübut edib. Burada İŞİD üzvü 27 yaşlı Rusiya vətəndaşı Said Saidovun acı etirafları diqqəti cəlb edir:
 
TƏCAVÜZ, TALANÇILIQ ...
 
“Mən rahat bir müsəlman həyatı yaşamaq üçün qoşulmuş olduğum təşkilatı ilk gördüyümdə şok oldum. Əmir dedikləri komandirlər qadınlara təcavüz edir və hər şeyi talan edirdilər. Mən bu təşkilatın dinin münafiqlər tərəfindən təsis edildiyini başa düşdüm. O gündən sonra xilas olmaq üçün bir çox yolu sınadım, amma nail ola bilmədim.
 
'GÜNAHLA YAŞAYIRLAR”
 
İŞİD sıralarında İslamla əlaqəli bir şey görmədim. Hələb bölgəsində xüsusilə döyüşçülərə və canlı bomba olaraq yetişdiriləcək kəslərə Türkiyə düşmənliyi təlqin edilirdi. Burada ən böyük düşmən hər kəsin hesab etdiyi kimi, Qərb ölkələri deyil, Türkiyə idi. Canlı bomba ediləcək şəxslərin beynini rahat yumaq üçün uzaq kəndlərdəki evlərdə tuturdular, gün boyu Türkiyə haqqında yalan, səhv məlumatlarla beyinlərini yuyurdular. Türkiyə'dəki lüks həyatları bu kəslərə göstərərək Türkiyənin İslam düşməni olduğunu, bunların sizin haqqınız olduğunu deyirdilər. Günah içində yaşayan Türklərə sizlər tərəfindən cəza veriləcək "deyərək psixoloji təlim və təzyiq edirdilər.
 
DİNİMİ YAŞAMAQ ÜÇÜN QOŞULDUM
 
2015-ci ildə Rusiyadan qaçdım və İŞİD sıralarına qatıldım. Rusiyada yaşamaq bir az çətindir. Saqqalım və imanıma görə, çox təzyiq altında qaldım. Daha sonra İŞİD saytlarını araşdırdığım zaman müsəlmanlar üçün çalışan bir təşkilat olduğunu düşündüm. Hər şeyi geridə buraxdım və Hələbə getdim.
 
İSLAM ÜÇÜN ÖLDÜRDÜK
 
İŞİD, ilk zamanlarda qorxu və xof yaratmaq üçün küçələrdə edamlar həyata keçirirdi. Əmir olaraq adlandırdıqları adamlar edam əmrini verdikləri insanları İslam üçün öldürdüklərini söyləyirdilər. Ancaq İslam adam öldürməyi qəti şəkildə rədd edir. Bu hansı İslamdır ki, İslam üçün insanları öldürə bilir? Onlara qarşı çıxanları isə ikiyüzlü adlandıraraq edam edirdilər.
 
“FƏRAT QALXANI” BİTİRDİ
 
“Fərat Qalxanı”ndan sonra İŞİD-dən ayrılanların sayı artdı. Mən də bunu fürsət bildim və ölümü gözə alaraq qaçdım. Gecələri getdim və gündüzlər isə boş evlərdə gizləndim. Nəhayət, ASO-ya özümü təslim etdim. İŞİD, Qərb qüvvələri tərəfindən Türkiyəyə qarşı qurulan bir təşkilatdır. Təşkilatı idarə edən komandir səviyyəsində olan insanların İslamla heç bir əlaqəsi yoxdur".
Müxalifət.az