​İŞİD terrorçuları İraqda son günlərini yaşayırlar

İraq ordusu İŞİD terror təşkilatının gizləndiyi bütün əraziləri mühasirəyə alıb.
Muxalifet.az xəbər verir ki, bu barədə əməliyyata qatılan “Həşdi Şabi” silahlı qruplaşmadan bildiriblər. Verilən məlumata görə, terrorçuların gizləndiyi bütün məntəqələr nəzarətə götürülüb.
“İraq ordusu və beynəlxalq koalisiya qüvvələri Suriya ilə sərhəddə yerləşən Əl-Kaim şəhərini tam azad ediblər. Əməliyyatlara kiçik silahlı qruplaşmalar da dəstək verib. Hazırda İŞİD terrorçuları İraqda son günlərini yaşayırlar”, - deyə məlumatda bildirilib.