İŞİD Surqutdakı hücumun məsuliyyətini üzərinə götürüb

Baxış sayı: 70

Polisin hücum edən şəxsi zərərsizləşdirdiyi, yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir
 
İŞİD terror qruplaşması Rusiyanın Surqut şəhərində hücumun məsuliyyətini üzərinə götürüb.
Bu barədə “Reuters” məlumat yayıb.
Qeyd edək ki, avqustun 19-da Rusiyanın Surqut şəhərində naməlum şəxsin insanlara bıçaqla hücum etməsi nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Polisin hücum edən şəxsi zərərsizləşdirdiyi, yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.