​İŞİD Suriyada “son dayağını” geri qaytardı

İŞİD Əbu Kamal şəhərindən Suriya ordusunu sıxışdırıb çıxarıb.
Muxalifet.az-ın məlumatına əsasən, bu barədə Fars agentliyi xəbər verir.
Nəşr bildirir ki, Suriya ordusu əks-hücuma keçməyə hazırlaşır. Agentlik həmçinin Əbu Kamalı terrorçuların Suriyada “son dayağı” adlandırıb.
Qeyd edək ki, Suriya hökuməti noyabrın 8-də Əbu Kamal şəhərindən İŞİD döyüşçülərini çıxardığını elan etmişdi.