İŞİD Suriyada 700 nəfəri girov götürdü - “CANLI SİPƏR...”

Baxış sayı:
3499

İŞİD terrorçuları Suriyanın Bəhrə şəhərində qaçqın düşərgəsinə hücum edərək 700 insanı girov götürüb.

Xarici KİV-lər xəbər verir ki, bu barədə Rusiyanın Suriyadakı Atəşkəsi İzləmə Mərkəzinin rəhbəri Aleksandr Savçenko məlumat verib.

“Tam cəzasızlıq mühitindən istifadə edərək İŞİD 130 ailədən olan 700-ə yaxın insanı girov götürərək Hacin istiqamətində aparıb”, - deyə o bildirib.

Savçenko əlavə edib ki, terrorçular girov götürdükləri dinc sakinlərdən Suriya Demokratik Qüvvələrinə qarşı “canlı sipər”  kimi istifadə edə bilər.