İŞİD-in Suriya və İraqdakı mövqeləri bombalandı

Böyük Britaniya Hava Qüvvələri və beynəlxalq koalisiya qüvvələrinin qırıcıları İŞİD terror təşkilatının Suriya və İraqdakı mövqelərinə zərbələr endiriblər.
Muxalifet.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qevin Vilyamson bildirib. Onun sözlərinə görə, zərbələr nəticəsində terrorçular ağır itkilərlə üzləşiblər.
“Bizim ordumuz yorulmadan terrorçularla mübarizə aparır. Biz şeytanı öz yuvasından qova bilmişik. İŞİD terrorçuları Suriya və İraqdakı mövqelərini itiriblər. Lakin müharibə hələ davam edir. Biz Suriya və İraqda İŞİD terrorçularının kökünü kəsməyənə qədər mübarizəni davam etdirəcəyik”, - deyə nazir bildirib.
Qeyd edək ki, Britaniya hərbçiləri İŞİD terrorçularına qarşı Suriyada 1348, İraqda isə 262 dəfə hərbi əməliyyatlar keçiriblər.