​İŞİD-in son qalasına HÜCUM BAŞLADI

İraq ordusu Anbar vilayətinin qərbində yerləşən Rava şəhərinin İŞİD-dən azad olunması üzrə əməliyyatın başlandığını elan edib.
Muxalifət.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İraq ordusunun Baş qərargahından bildirilib.
Suriya sərhədində yerləşən Əl-Qaim və Rava şəhərləri ölkədə terrorçuların son qalası hesab olunurdu. Əl-Qaim ötən həftə azad edilib.
Oktyabr ayında isə ordu Kərkük vilayətində Əl-Xavica şəhərini azad etdi. Şəhər Mosulun azad edilməsindən sonra ölkədə İŞİD-in baş qərargahı idi.
ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın qiymətləndirmələrinə görə, terrorçular Suriya və İraqda nəzarət etdikləri ərazilərin 95 faizini itiriblər.