İŞİD-in son qalası da əlindən alınır – Əməliyyat

Baxış sayı:
2731

ABŞ-ın başçılığındakı koalisiya və əsasını YPG-nin təşkil etdiyi Demokratik Suriya Qüvvələri (DSQ) 4 günlük fasilədən sonra İŞİD-in nəzarətində olan son yaşayış məntəqəsi Baqoza doğru yenidən hücuma keçib.
Müttəfiq qüvvələrin havadan və qurudan əraziyə zərbələr endirdiyi deyilib.
Tərəflər arasında silahlı atışmaların yaşanmasına baxmayaraq, YPG irəliləyiş əldə edə bilməyib.