​İŞİD-in silah zavodu partladıldı

Suriya ordusu Mayadin şəhərində İŞİD-ə aid böyük silah-sursat zavodunu məhv edib.
Muxalifet.az xəbər verir ki, bu barədə sputnik məlumat yayıb.
“Mayadinin qərbində müxtəlif ölçülərdə raket mərmiləri istehsal edən zavod müəyyən edildi. Terrorçuların bu zavodu partladıldı və ordu xeyli hazır silah-sursat ələ keçirdi”, - məlumatda bildirilib.
Qeyd edək ki, əməliyyatla bağlı ətraflı məlumat verilməyib.