İŞİD səhraya qayıdır: HƏLƏLİK MİSSİYASI BİTDİ

Suriya və İraqda xəritələrin 65 faizini dəyişdirən terror təşkilatı İŞİD, PKK və Peşmərgəyə fəaliyyət meydanı açandan sonra missiyasını başa çatdırıb.
 
Terror təşkilatı İŞİD səhraya dönüş qərarını 6 dəqiqəlik video çəkilişlə açıqlayıb. İŞİD-in sözçüsü aksiyaya ilk başladıqları İraqın Anbar vilayətindəki çöllüklərə çəkiləcəklərini, varlıqlarını "dövlətsiz və torpaqsız” davam etdirəcəklərini deyib. Səhradakı çadırlarda terror partlayışları üçün təlim veriləcəyi deyilib.
Görsənir ki, ABŞ və İsrailin meydandakı ən mühüm “oyunçusu” olan İŞİD, İraq və Suriya ilə bağlı vəzifəsini tamamlayıb. Terror təşkilatı yaydığı videoda bundan sonra fəaliyyətlərini dövlətsiz və torpaqsız davam edəcəyini bildirib. İraqın Anbar çöllüklərinə qayıdan təşkilatın yeni hədəfi isə Səudiyyə Ərəbistanının parçalanması planında əsas rolları oynamaq olacaq.
 
İŞİD-in yeni vəzifəsi: Ərəbistanı parçalamaq
 
İŞİD terror təşkilatı tərəfindən yayımlanan 6 dəqiqəlik videoda səhrada quraşdırılacaq yeni düşərgələrdə təlimlərə davam ediləcəyi və təşkilat tərəfindən müəyyən olunan hədəflərdə bombalı terror hadisələri törədiləcəyi ifadə edilib. Təşkilat İraqa yönəlik aksiyaların Nəcəf, Bağdad, Bəsrə bölgələrində intensiv xarakter alacağını bildirib.
 
ANBARDA BAŞLAMIŞDI
 
İraqın Suriya sərhəddindəki Rava bölgəsini itirən İŞİD, Suriyada isə Əbu Kamal rayonundan çəkilib. 2014-ci ildən başlayaraq işğal etdiyi son torpaq parçalarını da itirən İŞİD, varlığını Suriyada Bediyetul Dəməşq, İraqda isə Anbar vilayətinin çöllüklərində davam etdirməyi qərara alıb. ABŞ-ın İraqa daxil olması ilə birlikdə təşkilatın əsas beyni hesab olunan polkovnik Əbubəkr Hacı ilə Müslüm Türkməni ilk təlim təcrübələrini də yenə Anbar bölgəsindəki çöllərdə keçirmişdi. Səddam Hüseyn dövründə İraq kəşfiyyatının yüksək vəzifəli simalarından biri olan Əbubəkr Hacı, Suriyanın Tel Rifat mahalında müxaliflər tərəfindən öldürülərkən, Müslim Türkməni isə İraqda təşkilat sıralarında ölüb.
 
İŞİD AÇAR”I İNDİ BAŞQA QAPILARI AÇACAQ
 
ABŞ-İsrail tandeminin İraq və Suriyada planlarını həyata keçirmək üçün istifadə etdiyi İŞİD, qısa müddət əvvələ qədər bu əraziləri sanki girov götürmüşdü. 2013-ci ildən etibarən Suriyada 55 min kvadrat kilometrlik sahədə hakimiyyət quran terror təşkilatı, İraqda isə 90 min kvadrat kilometri işğal etmişdi. İdlib şəhərindən Bəsrə Körfəzinə uzanan regionda “pirat” dövlət elan edən İŞİD, 2014-2016 illərdə ərzində yüksəlişini davam etdirə bilmişdi. Rakka, Fellucə, Kərkük, Mosul, Deyrizor, Hasekə, Hələb, İdlib, Anbar, Diyala, Xüms, Dəməşq və Səlahəddinə uzanan xətt boyunca, 17 vilayətdə hakimiyyətini elan edən İŞİD-indöyüşçü sayı 2016-ci ilin əvvəlində 90 mini keçmişdi.
 
Səudiyyədə İŞİD düşərgələri hazırdır
 
Suriyalı “Yaxın Şərq” mütəxəssisi Zəkəriyyə Mollahafci, İraq və Suriyada missiyasını tamamlayan İŞİD-in İordaniya üzərindən Səudiyyə Ərəbistanına gedəcəyini söyləyib. İraq və Suriyada öz missiyasını tamamlayan İŞİD-in Liviya və Səudiyyə Ərəbistanın parçalanmasında da mühüm rol oynayacağını qeyd edən Mollahafci, Səudiyyə Ərəbistanının Asiyr bölgəsi başda olmaqla, 3 fərqli nöqtədə təşkilata qərargahlar hazırlandığını iddia edib. Suriyalı ekspert, oxşar vəziyyətin Liviya üçün də keçərli olduğunu, 2018-ci ildən etibarən Liviya və Səudiyyə Ərəbistanının timsalında İŞİD-in təsirinin daha da artacağını qeyd edib.

Müxalifət.az