İŞİD Rusiyada keçiriləcək DÜNYA ÇEMPİONATINDA STADIONLARI DRONLARLA VURACAQ

Baxış sayı:
6820

Terror təşkilatı İŞİD, iyun ayında Rusiyanın ev sahibliyi edəcəyi 2018 Futbol üzrə Dünya Kubokunun oynanacağı stadionlara əl bombası, raket atarlar, dronlarla hücum edəcəyi ilə təhdid edib.
 
İngilis “Daily Star” qəzetinin İŞİD-ə bağlı bir xəbər saytına istinad edərək verdiyi xəbərində, İŞİD-in Dünya Kubokunun təşkil ediləcəyi stadionlara dronlara yerləşdirilən partlayıcılarla hücum edəcəyi bildirilir. Təşkilatın “Telegram” hesabı üzərindən paylaşılan fotoşəkil və videolarla futbolçular və tərəfdarları öldürmə planının açıqlandığı qeyd edilir.
Qəzet, Suriya və İraqdan Rusiyaya keçdiyi düşünülən İŞİD döyüşçülərinin partlayıcı yüklü dronlar hazırlayarkən çəkilən fotoşəkilləri 'qorxunc' olaraq adlandırıb və bu çəkilişlərin dronun üzərinə quraşdırılmış kamera ilə çəkildiyi bildirilib.
Xəbərdə, "Göründüyü kimi, İŞİD hücumlarını daha da gücləndirəcək. Yeni hava taktikasını vəquraşdırdığı patlayıcının gücünü daha da artırmağa çalışır. Şübhəsiz bu texnologiya, Dünya Kubokunda terrorçular tərəfindən hücumlarda istifadə edilsə, fəlakətli nəticələrə yol aça bilər " deyə, qeyd olunub.
Təhlükəsizlik qaynaqları, İŞİD-ın bu dronları dağıdıcı təsiri olan kimyəvi və ya bioloji silahlarla əhatə edə biləcəyinə diqqət çəkib.
Müxalifət.az