İŞİD rus casusun başını kəsdi - FOTO

Suriyada Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) casusluq etməkdə günahlandırılan Yevgeni Petrenko adlı şəxsin İŞİD terrorçuları tərəfindən başı kəsilib.
 
Müxalifət.az xəbər verir ki, casusun öldürülməsini əks etdirən 12 dəqiqəlik videonun faşizm üzərində qələbənin ildönümü günü yayılması diqqət çəkib.
Məsələ ilə bağlı Rusiyadan rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Yutub portalına yerləşdirilən sözügedən video bir neçə saatdan sonra silinib.