İŞİD qadınlar üçün “Dullar vəqfi" qurub

Baxış sayı:
6226

İnterpol tərəfindən qırmızı və mavi bülletenlə axtarılan və Bursa polisi tərəfindən tutulan İŞİD üzvü Fransız vətəndaşı 3 qadının ifadələri ortaya çıxıb. Suriyada yaşadıqlarını izah edən təşkilat mənsubu 3 qadın İŞİD-ın Suriyada həyat yoldaşları ölən qadınları idarə altında tutmaq üçün 'Dullar Vəqfi' qurduğunu etiraf edib.
 
Bursa Terrorla Mübarizə Şöbəsinin (TEM) əməkdaşları Suriyada İŞİD içərisində fəaliyyətlərdə olmuş bir qrup təşkilat mənsubunun Bursada fərqli ünvanlarda yaşadıqları haqda məlumat əldə edib. Bundan sonra hərəkətə keçən TEM, Bursa mərkəz və rayonlarında çox sayda ünvana eyni vaxtlı əməliyyat keçirib. Əməliyyatda Fransız vətəndaşı olduqları, İnterpol tərəfindən qırmızı və mavi bülletenlə axtarışda olduqları təsbit edilən 3 qadının da aralarında olduğu cəmi 12 adam nəzarətə alınıb. Polis əməliyyatlarından sonra həbs olunan 3 qadın məhkəməyə sövq edilib.
 
"İnsan qaçaqçılarıyla razılaşıb, Türkiyəyə gəlmişlər"
 
İŞİD üzvü qırmızı bülltendən axtarışda olan 3 uşaqlı H.D.Z. Bursaya necə gəldiklərini izah edib. Təşkilatın qadınları idarə altında tutmaq üçün müxtəlif yollara əl atdığını deyən H.D.Z., ifadəsində, "İŞİD-ın qaydalarına görə, 3 uşağı olan qadınlar bir evə yerləşdirilir. Mənim pulum var idi. Uşaqlarımla birlikdə qaçmaq istədim. Bir qaçaqçı ilə razılaşdıq, amma aldadıldıq. Daha sonra İŞİD tərəfindən Rakkada 'Dullar Vəqfi' quruldu. Əsəd əsgərləri gəlincə vəqfi Meyadinə köçürdülər. Mən də burada qaldım. Bu vəqfin interneti vardı. İnternet üzərindən yoldaşımın qardaşının yoldaşı ilə əlaqə saxladım. Ondan etibarlı bir insan qaçaqçısı tapmasını istədim. Tapdı və mən də insan qaçaqçısına 6400 dollar verərək Türkiyəyə qaçdım "deyib.
Müxalifət.az