​İŞİD-in növbəti qurbanı bu ölkə olacaq - ŞOK İDDİA

Baxış sayı:
8917

İŞİD terror təşkilatının növbəti qurbanı İordaniya olacaq.
Muxalifet.az xəbər verir ki, bu haqda “The National Interest”nəşri bildirib.
Nəşrin məlumatına görə, terrorçularla mübarizə üzrə regionda Birləşmiş Ştatların müttəfiqlərindən biri olmasına baxmayaraq, İordaniya təhlükədədir. Qeyd edilir ki, hazırda 3 min iordaniyalı bir sıra terror təşkilatlarını doldurub və onlar yaxın gələcəkdə vətənə qayıdaraq ölkənin təhlükəsizliyi üçün təhdid yaradacaqlar.
Nəşr dəqiqləşdirir ki, vəziyyət işsizlik, yoxsulluq, dini ekstremizm və zəif idarəçiliklə daha da ağırlaşacaq. Ölkədə olan Suriya qaçqınları da həmçinin terrorçuların sıralarına qoşula bilər.