​İŞİD-in növbəti hədəfi bəlli oldu

İŞİD Əfqanıstanda mövqelərini möhkəmləndirir.
Bunu BMT Baş Assambleyasında çıxışı zamanı Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya söyləyib.
Onun sözlərinə görə, İŞİD-in Əfqanıstandakı döyüşçülərinin sayı 10 min nəfərə çatıb:
“İŞİD Əfqanıstanda öz sıralarını daha çox xarici döyüşçülər hesabına artırır. Bu döyüşçülərin çoxu Suriya və İraqda döyüş təcrübəsinə sahib olanlardır”./axar/