​İŞİD Misirdə dövlət qurur – ŞOK İDDİA

İraq və Suriyadan sonra Misirdə də dəhşətli terror aktları törədən İŞİD yeni dövlət qurmaq üçün bu dəfə də bu ölkəni hədəf seçib.
Muxalifət.az xəbər verir ki, dövlət kimi fəaliyyət göstərməyə çalışan dəstə Misirin Sinay bölgəsindəki məsciddə arasında 27 nəfər uşaq olmaqla 306 nəfərin ölümü ilə nəticələnən terror həyata keçirdi.
Misir höküməti qeyd edir ki, 3 ildir bu bölgələrdə İŞİD-ə qarşı aparılan hərbi əməliyyatlara baxmayaraq, yaşanan vəziyyət son dərəcədə dəhşətlidir. İŞİD bu müddət ərzində ölkənin yerli təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı onlarla hücum təşkil edib.
İŞİD-in regiondakı yeni hədəfi Misirdir deyən rəsmilər terror hücumlarından əlavə, gündüz vaxtı naməlum şəxslərin yol kəsib nəzarəti ələ aldığını da qeyd edir. Təşkil edilən hücumlarla bölgədəki vəziyyəti Suriya və İraqdakı səviyyəyə çatdırmaq istəyirlər. /publika/