IŞID-in məhv ediləcəyi tarix bəlli oldu -FOTO

Terror qruplaşması üzərində qələbə vaxtı açıqlandı.
İraq 2016-cı ildə İŞİD terror qruplaşması üzərində qələbə qazanmaq niyyətindədir.
Muxalifet.az,  verdiyi məlumatına görə,bu barədə fikirlərini İraqın baş naziri Heydər əl-Abadi yerli telekanallardan birinin efirində səsləndirib.
"2016-ci il İŞİD üzərində son qələbə ili olacaq, bununla terrorçuların İraqda olmasına son qoyulacaq",- deyə hökumət qoşunlarının Ramadi şəhərini azad etməsindən sonra Heydər əl-Abadi bildirib. "Biz Mosulu azad etməyə hazırlaşırıq və bu İŞİD üçün son və qaçılmaz zərbə olacaq", - deyə baş nazir əlavə edib.

Heydər əl-Abadi
Ramadi şəhəri 2015-ci ilin may ayına qədər terrorçuların işğalı altında olub. İraqın Silahlı qüvvələri dekabrın 22-də şəhərə hücuma başlayıb və dekabrın 28-də şəhər terrorçulardan təmizlənib.
Mosul böyüklüyünə görə İraqın ikinci şəhəridir. İŞİD terror qruplaşması 2014-cü ilin iyununda şəhəri tutub. İraq silahlı qüvvələrinin generalı Camal Əl-Dulaiminın sözlərinə əsasən, Ramadinin azad olmasından sonra İraq hərbiçilərinin əsas planı Mosulun azad olunmasıdır.