​İŞİD Messiyə "HÜCUM" ETDİ: terrorçuların Dünya çempionatı HAZIRLIĞI - FOTOLAR

İŞİD terror təşkilatı 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına hücum edəcəyi ilə bağlı təhdid edib.
Muxalifet.az xəbər verir ki, sosial mediada İŞİD tərəfdarlarına aid profillərdən mütəmadi olaraq dünya çempionatını hədələyən posterlər yayımlanır.
Son günlərdə yayımlanan posterdə isə Lionel Messinin qan ağlayan fotosu göstərilib.
Argentinalı ulduzun dəmir barmaqlıqlar arxasında görünən posterində “Lüğətində məğlubiyyət olmayan bir dövlətlər döyüşürsünüz” deyə yazılır.
Digər bir posterdə isə Rusiyadakı stadionların birinin yanında gözləyən İŞİD üzvünün fotosu yer alıb və belə qeyd olunur: “Mücahidin atəşi sizi yandıracaq... Gözləyin”. Başqa bir posterdə isə İŞİD “Rusiyaya gəlirik” deyə yazır./publika.az/