İŞİD lideri Bağdadinin bacısından etiraflar – Edam qabağı

Baxış sayı:
5710

İŞİD lideri Əbubəkir Bağdadinin bacısı edam cəzasına məhkum edilib.
 
Bu barədə İraq Ağır Cinayətlər Məhkəməsi qərar çıxarıb.
Bağdadinin bacısı məhkəməyə izahatında terror təşkilatına lojistik dəstək verdiyini və maliyyə göndərdiyini etiraf edib. Qeyd edilir ki, İŞİD liderinin bacısı bu səbəbdən edam cəzasına məhkum olunub.
İraq Ali Məhkəməsinin sözçüsü Abusəttar Bayraqdar bildirib ki, Bağdadinin bacısı ittihamları qəbul edib. Günahlarını etiraf edən qadın həmçinin Mosulda İŞİD üzvlərinə pul payladığını boynuna alıb.
Qeyd edək ki, Bağdadinin bacısının həyat yoldaşı da İŞİD-in rəhbərliyində təmsil olunduğu üçün edam cəzasına məhkum edilib.