İŞİD lideri Bağdadini 25 milyon dollara kim satıb?

Baxış sayı:
7426

Bağdadinin öldürülməsindən öncə onun yeri haqda məlumatı terrorçu liderin yaxın ətrafından olan adamın ötürdüyü güman edilir. 

Muxalifet.az "Hürriyet"ə istinadla bildirir ki, “Washington Post” nəşrinin yaydığı məlumata görə, Bağdadinin ələ verilməsində terror təşkilatının içindən verilən məlumat əhəmyyətli rol oynayıb. Bu şəxs İŞİD liderinin qaldığı ünvanı ABŞ kəşfiyyatına xəbər verdikdən və əməliyyat baş tutduqdan sonra bölgədən uzaqlaşdırılıb.

Həmçinin, verilən xəbərə görə, o, Bağdadinin başına qoyulan iyirmi beş milyon dollarlıq mükafatı alacaq.    

Muxalifet.az