İŞİD lideri 250 döyüşçüsü ilə təslim oldu!

Baxış sayı:
2818

Əfqanıstanın şimalındakı Cüzcan vilayətinin Derzab rayonunda terror fəaliyyətləri həyata keçirən terror təşkilatı İŞİD-ın şimal lideri Mövləvi Habiburahmanın 250 döyüşçüsü ilə dövlətə təslim olduğu bildirildi.
 
Bu məlumatı Derzab rayonunun başçısı Məhəmməd İsmayıl, Anadolu Agentliyinə verdiyi açıqlama ilə təsdiq edib və İŞİD-ın şimal lideri Mövləvi Habiburahmanın 250 təşkilat üzvü ilə rəsmilərə təslim olduğunu bildirib.
Təslim olanlar arasında qadın terrorçuların də olduğunu bildirən İsmayıl, bu rəqəmin daha da artacağını ifadə edib.
İsmayıl, təşkilatın Derzabdaki düşərgəsinin Taliban tərəfindən ələ keçirilməsindən sonra dövlətə təslim olmağa qərar verdiyini qeyd edib.
İsmayıl, artıq şimalda İŞİD-ın bitdiyini və bunun böyük hadisə olduğunu vurğulayıb.
Qeyd edək ki, təxminən iki ildir Derzab rayonunda terror fəaliyyətləri aparan İŞİD, ara sıra Taliban təşkilatı ilə də münaqişəyə girirdi.
Müxalifət.az