​İŞİD əldən verdiyi mahala yenidən hücuma keçdi

Baxış sayı:
2284

İŞİD terror təşkilatı İraqın Kərkük şəhərinin cənubundakı Havicə mahalına bombalı hücum təşkil edib.
Muxalifet.az xəbər verir ki, bunu Anadolu agentliyinə açıqlamasında Kərkükün polis müdiri Əli Kamal deyib. O, hadisə nəticəsində mahalda elektrik enerjisinin kəsildiyini bildirib.
Ə.Kamal hücumdan dərhal sonra əraziyə xeyli sayda təhlükəsizlik qüvvələri cəlb edildiyini və hadisəni törədən şəxslərin yaxalanması üçün əməliyyat başladıldığını söyləyib.
Onun sözlərinə görə, partlayış zamanı ölən və yaralanan olmayıb.
Qeyd edək ki, 2017-ci ilin ötən ilin oktyabr ayında İraq təhlükəsizlik qüvvələri 3 il İŞİD-in nəzarətində olan Havicə mahalını terrorçulardan azad etmişdi.