​İŞİD Kərkükə hücum etdi: ÖLƏNLƏR VAR

Baxış sayı:
4489

İŞİD terror təşkilatı döyüşçüləri Kərkük-Bağdad magistralındakı nəzarət keçid məntəqəsinə hücum edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum zamanı azı 10 dinc sakin həlak olub.
Bununla bağlı Diyalə polis idarəsindən məlumat verilib. Bildirilib ki, 5 dinc sakin isə ağır vəziyyətdə xəstəxanalara çatdırılıb.