İŞİD Kərkükə hücum etdi: 2 KƏND İŞĞAL OLUNDU

İŞİD terror qruplaşması Kərkükün şimal-qərbində 2 kəndi ələ keçirib. 
Bu barədə "Əs-Sumariyə" telekanalı informasiya yayıb. 
Məlumata görə, İŞİD-in əraziyə hücumu gözlənilməz olub. İŞİD tərəfindən ələ keçirilən kəndlər Kərkük şəhərini İraq Kürd Muxtariyyətinin mərkəzi Ərbil ilə birləşdirən yolun yaxınlığındadır. 
Ekspertlərin fikrincə, İŞİD İraq ordusu və ərazinin təhlükəsizliyinə nəzarət edən peşmərgə qüvvələri arasındakı konfliktdən istifadə edərək kəndləri zəbt edib. 
Yerli sakinlər İŞİD-in hücumundan sonra yaşayış ərazilərini tərk edərək qaçıblar.