​İŞİD-İN İZİ İLƏ - 38 qadının basdırıldığı kütləvi məzarlıq aşkar edildi

Baxış sayı:
295

Muxalifet.az xəbər verir ki, İraqın Mosul şəhərində içərisində 38 qadın cəsədinin olduğu növbəti kütləvi məzarlıq aşkara çıxıb. Cəsədlərin kimliklərini öyrənmək və sahiblərinə təslim eləmək üçün təhqiqat başlanıb. Şəhərdə bu günə qədər 200-dən artıq kütləvi məzarlıq aşkar edilib.
İraqın Mosul əyalətində təhlükəsizlik qüvvələri şəhərin 40 kilometr cənubunda yerləşən Şora rayonunun Kabir şəhəri yaxınlığında bir kütləvi məzarlıq aşkara çıxıb. Kütləvi məzarlıqdakı qadınların İŞİD terror təşkilatı tərəfindən öldürüldüyü vurğulanıb.
2014-cü ilin iyundan 2017-ci ilə qədər İŞİD terror təşkilatının qondarma “dövləti”nin paytaxtı elan elədiyi Mosulda minlərlə insan təşkilat tərəfindən qətlə yetirilib. Şəhərdə indiyə qədər 200-dən artıq kütləvi məzar aşkar edilib.