​İŞİD-in İraqdakı əsas dayaq nöqtəsi TERRORÇULARDAN AZAD EDİLDİ

Numan Abed əl-Zubey: “İŞİD-in İraqdakı son qalası Əl-Kaimə nəzarət bərpa etdik”
İraq ordusu Əl-Kaim qəsəbəsini terrorçu İŞİD qruplaşmasından azad edib.
“Report” Türkiyə KİV-inə istinadən xəıbər verir ki, bunu İraq ordusunun komandanlarından olan Numan Abed əl-Zubey bildirib.
“İŞİD-in İraqdakı son qalası Əl-Kaimə nəzarəti bərpa etdik”, - o vurğulayıb.
Suriyanın Deyrzor şəhərinin də terrorçu İŞİD qruplaşmasından təmizləndiyi haqqında xəbər yayılıb.
Qeyd edək ki, İraqın Suriya sərhədi yaxınlığında yerləşən Əl-Kaim və Rava qəsəbələrinin İŞİD-dən təmizlənməsi üçün əməliyyat oktyabrın 26-da başlayıb.