İŞİD İraq səfirliyini ələ keçirdi - Terror

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.
 
Əfqanıstan mediası terror aktının İraqın Əfqanıstandakı səfirliyi qarşısında törədildiyini bildirib.
Məlumata görə, terrorçular səfirliyin binasına daxil olublar.
Hazırda səfirlik binasında tərəflər arasında atışma davam edir. Əfqanıstan polisi səfirliyi mühasirəyə alıb.
Ölən və yaralananların sayı açıqlanmır.
Partlayışı İŞİD terror təşkilatı öz üzərinə götürüb.