​İŞİD-i hansı “sirli əl” dirildir? – Suriya cəbhəsində ilginc gəlişmə

Baxış sayı:
4678

Zaman-zaman İŞİD terror təşkilatının hansısa silahlı qruplaşma ilə qarşıdurmaya getməsi barədə xəbərlər yayılır. Bəzən də PYD/YPG/PKK və İŞİD terror təşkilatları arasında anlaşmanın olduğuna dair məlumatlar ortaya atılır. Bir sıra hallarda da, PYD/YPG-nin qolları ilə Bəşər Əsəd arasında razılaşmaya gəlindiyi iddiaları yayılır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.
Ekspertin sözlərinə görə, vaxtilə İŞİD Raqqanı ələ keçirib, buranı öz paytaxtı elan etmişdi: “Artıq Raqqa İŞİD-in nəzarətində deyil. Rusiya, ABŞ və digər beynəlxalq qüvvələr də bunu rəsmən elan ediblər.
Həmin güclər onu da elan etdilər ki, artıq İŞİD-in Suriyadakı mövqeləri tamamilə dağıdılıb. Bir yandan da, İŞİD-in Suriyada olduğuna dair məlumatlar yayılır. Əgər İŞİD Suriyada məhv edilibsə, o zaman necə meydana çıxa bilər? Ümumiyyətlə, İŞİD ziddiyyətlərin toqquşduğu bütün yerlərdə ortaya çıxır. Belə yerlərdən biri də Raqqadır.
PKK terror təşkilatı da bütün bölgələrdə öz üstünlüyü göstərməyə çalışır. Başqa sözlə, PKK bir sıra hallarda İraq və Suriyanın sahibi kimi davranır.
Hesab edirəm ki, hazırda Raqqa uğrunda mübarizə gedir və PKK da qarşı tərəfi İŞİD-çi kimi təqdim etməklə, özünü terrorizmə qarşı mübarizə aparan tərəf kimi göstərməyə cəhd edir. Çünki PYD və YPG-ni müdafiə edən ABŞ-la yanaşı, İran və Suriya da elan edib ki, Suriyada İŞİD yoxdur. Bu situasiyada, xəbər yayılır ki, guya Bəşər Əsəd Suriyanın yarıdan çoxuna nəzarət edir”.
Sədrəddin Soltan hesab edir ki, müxtəlif qruplar və siyasi qüvvələr İŞİD amilindən vaxtaşırı istifadə edirlər: “Qənaətimə görə, PKK da öz məqsədini həyata keçirmək üçün YPG və İŞİD arasında qarşıdurmanın başalamasına dair dezinformasiya yayır. Buna görə də, bu formada yayılan məlumatları qeyri-ciddi hesab edirəm”.
Qeyd edək ki, Suriyanın Raqqa şəhərində İŞİD və YPG terror təşkilatları arasında silahlı qarşıdurmanın başlamasına dair məlumatlar yayılıb. İddia edilir ki, qarşıdurma 50 nəfər həlak olub.