​İŞİD-in hiyləsi - BÜTÜN BİNALARI MİNALADI

Rakka əhalisi ərazilərinin İŞİD terror qruplaşmasından azad edilməsinə sevinə bilməyiblər. İŞİD üzvləri şəhəri tərk etməzdən öncə bütün tikililərdə partlayıcılar quraşdırıb.
Muxalifət.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin İŞİD-lə mübarizədə başqa ölkələrlə qarşılıqlı əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Brett Maqkurq məlumat verib.
Onun sözlərinə görə, bu dəqiqə Rakka ərazisi olduqca təhlükəlidir. Əhalinin normal həyata qayıda bilməməsi üçün terrorçular hər bir tikiliyə partlayıcı maddə qoyublar.
Brett Maqkurq şəhərdə ciddi təhlükəsizlik tədbirlərinin görüləcəyini qeyd edib.