​İŞİD-dən sonra Rusiya Suriyanı tərk edəcəkmi?

İŞİD tamamilə məğlub edildikdən sonra da Rusiya ordusuna məxsus iki hərbi baza fəaliyyətini davam etdirəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Oleq Sıromolotov bildirib.
Sıromolotov bildirib ki, Xmeymim və Tartus hərbi bazalarında rus əsgərləri xidmətlərinə uzun müddət davam edəcək: "Orada iki hərbi bazamız var. Güman edirəm ki, bu bazalar qalacaq. Hansı formada olacağını isə mən bilmirəm, mən müdafiə naziri deyiləm, bunu ondan soruşmaq daha doğru olar".