​İŞİD-dən Milad bayramı ərəfəsində terror XƏBƏRDARLIĞI

İŞİD terror təşkilatı ilə əlaqəli olan qruplaşmalardan biri Milad bayramı ərəfəsində Vatikanda terror aktı törətmək planları barədə xəbər yayıb.
Muxalifət.az Trend-ə istinadən xəbər verir ki, qruplaşma Vatikanda Müqəddəs Pyotr kilsəsinə yaxınlaşan avtomobilin əks olunduğu plakat yayımlayıb.
Bundan başqa, Roma papası I Fransiskin başsız bədəninin əks olunduğu plakat da nümayiş etdirib.
Hazırda bu təhdidlə bağlı araşdırmalar aparılır.