"İŞİD-dəki yaraqlılarınızı Suriyadan çıxarın" - ABŞ prezidenti Avropaya səsləndi

Baxış sayı:
1672

ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini, xüsusi ilə Böyük Britaniya, Fransa və Almaniyanı İŞİD terror qruplaşmasının 800-dən çox döyüşçüsünü geri götürməyə çağırıb.
 
RİA Novosti-nin məlumatına görə, Tramp həmin terrorçular barədə məhkəmə qərarının verilməsini məqsədəuyğun saydığını bildirib.
 
“Xilafətin çökməsinə az qalıb. ABŞ İŞİD döyüşçülərinin Avropaya necə daxil olacağını oturub müşahidə etmək istəmir. Onsuz da çox iş görürük və çox pul xərcləyirik. İndi digərlərinin fəallaşmasının vaxtıdır”, - deyə o vurğulayıb.