​İŞİD dirildi və HUCUMA KEÇDİ - 7 ölü, 13 yaralı

Baxış sayı:
5488

İŞİD terror təşkilatının döyüşçüləri Bağdadın şimalında yerləşən Et-Tarmiya şəhərinə hücum ediblər.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda təhlükəsizlik güclərindəki mənbəyə istinadən “Al-Sumaria” telekanalı məlumat yayıb.
Hücum nəticəsində 7 nəfər ölüb, 13-ü yaralanıb. Mənbənin sozlərinə görə, hücum İŞİD-in “yatan” qrupu tərəfindən həyata keçirilib və hədəfi konkret şəxslər olub.
Təhlükəsizlik gücləri şəhərin bütün giriş və çıxışlarını bağlayıb. Terrorçuların axtarışı üzrə əməliyyat başlayıb.