İŞİD Deyr əz-Zoru da itirdi – TERROR TƏŞKİLATI BİTİR!

Son bir ildə ard-arda məğlubiyyətlərə uğrayan İŞİD terror təşkilatı Suriyanın şərqindəki şəhərdə həftələrlə davam edən döyüşlərdə də uduzub. Sərhədin İraq tərəfində isə hərbi birliklər Əl Kaim şəhərinə daxil olub. İŞİD Yaxın Şərqi tərk etmək üzrədir.
Hurriyyet.org xəbər verir ki, bu səhər Suriya dövlət ordusu Deyr əz-Zor şəhərini terrorçulardan tamamilə azad edib. Azad edilmə xəbəri Suriya dövləti tərəfindən rəsmən bəyan edilib.