İŞİD-dan PKK-ya hücum: Çox sayda PKK-li məhv edilib

Baxış sayı:
5356

Suriyadakı Deyrizor əyalətindəki bir şəhərdə sıxışan İŞİD ilə YPG / PKK arasındakı qarşıdurmalar davam edir. İŞİD tərəfindən bomba yüklü bir avtomobil ilə təşkil edilən hücumda, 20 YPG / PKK terrorçusu öldürülüb.
 
Yerli mənbələrə görə, Deyrizor əyalətinin Fəratın şərqindəki son şəhəri olan Bağozda İŞİD və YPG / PKK arasında döyüşlər şiddətlənib.
Bir İŞİD terrorçusunun bomba yüklü avtomobillə PKK/YPG-yə hücum etməsi nəticəsində 20 YPG / PKK terrorçusu ölüb.
Digər tərəfdən, ABŞ rəhbərliyində olan koalisiya qüvvələri dünən axşam şəhəri havadan və qurudan bombardman edib.
Müxalifət.az