​İŞİD-də döyüşməyə çağırış edən azərbaycanlılar AĞIR CƏZALANDIRILDI

Baxış sayı:
7465

Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az teleqraf.com-a xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Emin Quliyev 13 il, Asim Baxışov və Teyfur Əliverdiyevin hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, təqsirləndirilən şəxslər Suriya və İraqda qanunsuz birləşmələrin tərkibində döyüşüb, hərbi təlimlər keçiblər.
Emin Quliyev mütəmadi olaraq sosial şəbəkələrdə azərbaycanlıları Suriyada İŞİD-in tərəfində döyüşməyə çağırıb.