İŞİD-çilərin arvadlarına 10 DƏQİQƏDƏ EDAM

Baxış sayı:
8680

“The Guardian” qəzeti, İŞİD-çi qadınların cəzalanmasına şahidlik edib və məhkəmədən paylaşdığı şəkillə dərc etdiyi xəbərində, 10 dəqiqədə edam cəzaları verildiyini yazıb.
 
İraqda İŞİD terrorçularının həyat yoldaşlarının mühakimə olunmalarına davam edilir.
Özləri də İŞİD tərəfdarı olan, hətta bəzi silahlı aksiyalara qatılan qadınlara edam cəzaları verilir.
Bu məhkəmələrdə çəkilmiş bir fotoşəkil “The Guardian” qəzetində yer alıb.
Qəzet, İŞİD terrorçularının həyat yoldaşlarına məhkəmədə 10 dəqiqə ərzində edam cəzası verildiyini və cəzaların dərhal yerinə yetirildiyini yazıb. Bundan başqa, ölümlə cəzalandırılan qadınların sayının 40-a çatdığı qeyd edilib.
Qeyd edək ki, ötən fevral ayında paytaxt Bağdaddakı məhkəmə, Türk əsilli 16 qadına ölüm hökmü vermişdi.

Müxalifət.az