İŞİD-çi qadınlar bunları İLK DƏFƏ danışdı - SENSASİON ETİRAFLAR

Baxış sayı:
547

YPG terror təşkilatının Təl Abyaddakı həbsxanadan buraxdığı İŞİD üzvləri ilk dəfə açıqlama verib.

Fransanın “France's Le Parisien” nəşrinə yaşadıqları anları danışan İŞİD-çi qadınlar “YPG-çilər bizə birdən-birə çıxın, qaçın dedilər. Nə olduğunu başa düşmədik” deyib.

Qadınlar bildirib ki, onlarla birlikdə Fransa vətəndaşı olan məhbuslar da həbsxanadan qaçıblar. Fransa Xarici İşlər Nazirliyi də Suriyanın şimalındakı prosesləri yaxından izlədiyini bildirib.

Qeyd edək ki, “Sülh çeşməsi” hərəkatı çərçivəsində terrordan təmizlənən Təl Abyaddan qaçan PKK/PYD-YPG-çilər İŞİD terror təşkilatının üzvlərini həbsxanadan buraxmışdılar.//publika