İŞİD bitdi, ABŞ CASUSLARINI TOPLAYIR - BÖLGƏYƏ SİLAH TƏHCİZATI DAVAM EDİR

İŞİD Suriyada işğal etdiyi son torpaq parçası olan Bukemaldan, İraqda da Ravandan çəkildi. İki ölkədə İŞİD-in əlində heç bir yaşayış məntəqəsi qalmadığı halda, ABŞ-ın PKK/PYD-ni silah və sursatla təhcizatı davam edir. Son daşıma 65 maşınlıq konvoy ilə 19 noyabrda baş verib.

İŞİD təhlükəsi bəhanəsi ilə PKK-ya minlərlə TIR yükü silah arsenalı daşıyan ABŞ, “xilafət” ünsürləri bölgədən təmizləndiyi halda bu "yardım"lar hələ də davam edir.
 
HASƏKƏDƏ GÖVDƏ NÜMAYİŞİ
 
14 noyabrda PKK-ya 73  maşın silahla dolu yükü təhvil verən ABŞ-ın, yeni silah, sursat və zirehli maşın yüklü TIR karvanı 19 noyabrda Hasəkəyə çatıb. Son daşıma çərçivəsində 65 TIR silah dolu yükü ABŞ PKK-ya təslim edib. PKK, son aldığı silah və zirehli maşınlarla Hasəkədə əzələ nümayişi göstərib.
 
 ABŞ-a SIĞINDILAR
 
Deyrizor cəbhəsində Əsəd rejiminin ələ keçirdiyi Əl Bukemal sərhəd xəttindən 250 İŞİD-li terrorçu Fərat çayının şərqinə keçib. PKK-lı terrorçular və müttəfiqi ABŞ hərbi bazalarının yerləşdiyi Əl Hüseyniyə ərazisinə keçən 250 İŞİD-linin ABŞ tərəfindən təhvil alındığı bildirilir.
 
ÜÇ HƏRBİ BAZA QURDU
 
Rakkada 700-dən çox İŞİD terrorçularını təxliyə edən ABŞ-ın bölgəyə yerləşdirdiyi agentlərini toplamağa davam etdiyi iddia edilir. Rakkanın şərqində yerləşən Tayyana, Süveydan, Şennam, Şuheyl, Havaic və Şaniyye bölgələrində 200-dən artıq ABŞ əsgərinin olduğu və Pentaqonun bölgədə 3 hərbi baza yaratdığı da gələn məlumatlar arasındadır.

Müxalifət.az