​İŞİD-in başçısı məhv edildi

Baxış sayı:
1741

Əfqanıstan xüsusi qüvvələri ölkənin şimalında və Mərkəzi Asiyada terrorçuların fəaliyyətinə rəhbərlik edən İŞİD silahli qruplaşmasının başçısını məhv ediblər.
Trend-in məlumatına görə, əməliyyat aprelin 3-ü gecə baş tutub. Dəqiqləşdirilir ki, silahlıların lideri olan Müfti Özbək terrorçuların Əfqanıstanın şimal hissələrində fəaliyyətlərinə görə cavabdeh olub, terror aktlarının təşkilində və planlaşdırılmasında iştirak edib. Həmçinin o, Mərkəzi Asiyada terror əməliyyatlarının maliyyələşdirməsi ilə məşğul idi.
Xüsusi qüvvələr Əfqanıstanın şimal-şərqində yerləşən Baqlan əyalətində də ən azı üç silahlını məhv ediblər.