İŞİD anbarından sovet topu tapıldı

 
Suriya hərbçiləri İŞİD-dən azad edilmiş Akebart şəhərində silah-sursat anbarı aşkar ediblər.
 
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı informasiya yayıb.
“Tapılan silahlar arasında sovet istehsalı 130 millimetrlik M-46 topu, çox sayda iriçaplı pulemyot və sursat tapılıb”, - xəbərdə deyilib.
Aşkar edilən M-46 topu Suriya ordusuna məxsus olub, döyüşlər zamanı İŞİD terrorçularının əlinə keçib.