İŞİD ABŞ-dakı məktəblərə hücum etdi

Hakerlər ABŞ-ın yerli məktəblərinə aid olan saytlara giriş edən minlərlə insanı İŞİD terror təşkilatını dəstəkləyən videolara yönləndirib.
Blumfild məktəbi hakerlərin hücumları ərzində internet saytlarında 2 saata yaxın İŞİD videosunun verildiyini açıqlayıb.
ABŞ Federal Təhqiqatlar Agentliyi hakerləri tapmaq üçün hərəkətə keçib.
Mərkəzi Atlantada yerləşən “SchoolDesk” şirkəti hakerlərin saytların qaynağına əlavə edilən kiçik bir dosye kəşf etdiklərini bildirib. Hakerlər bu yolla 800-ə yaxın bölgə və məktəb saytlarını Səddam Hüseynin ərəbcə səsli mesajları olan bir videoya yönləndirib.